
2019 - cu ildən etibarən HoReCa sahəsində xidmətə başlamışıq. Biz — spa, hovuz və otel sənayesinə yönəlmiş innovativ və yüksək keyfiyyətli məhsulların satışını həyata keçirən ixtisaslaşmış şirkətik.
Müasir texnologiyalara əsaslanan yanaşmamız və beynəlxalq brendlərlə əməkdaşlığımız sayəsində, rahatlıq və keyfiyyəti bir araya gətirərək müştərilərimizə effektiv həllər təqdim edirik. Bizim əsas məqsədimiz – müştərilərimizin istirahət və xidmət məkanlarını daha funksional, estetik və istifadəyə uyğun hala gətirməkdir.
Spa və otel sənayesinə aid geniş çeşidli məhsulların etibarlı və operativ təchizatını həyata keçiririk
Yalnız məhsul təchizatı ilə kifayətlənməyib, eyni zamanda spa, hovuz və fitnes avadanlıqlarının texniki baxım və dəstəyi ilə də xidmətinizdəyik.
Spa və wellness mərkəzlərinin effektiv idarə olunması üçün peşəkar menecment xidmətləri təqdim edirik.
Spa və wellness sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarını artırmaq məqsədilə praktiki və nəzəri təlim proqramları təqdim edirik.
Spa, hovuz, fitnes və otel sənayesində fəaliyyət göstərən şirkətlərin brend dəyərini gücləndirən peşəkar brendinq xidmətləri təqdim edir. Biz müştərilərimizin biznes məqsədlərinə uyğun unikal, yadda qalan və rəqabətədavamlı brend kimliyi yaradırıq.
Yeni spa və wellness mərkəzlərinin layihələndirilməsi, interyer dizaynı və avadanlıq seçimi üzrə peşəkar məsləhətlər.